Haitidə özünü “Qran Qrif” adlandıran silahlı dəstə Pont Sonde şəhərinin sakinlərini pulemyotlardan atəşə tutub.
SİA-nın əldə etdiyi məlumata görə, ən azı 70 nəfər, o cümlədən 10 qadın və üç körpənin öldüyü deyilir.
Polislə atışmada iki silahlının yaralandığı da deyilir.
…Dəstənin başçısı Luxon Elan sosial şəbəkələrdə bəyanat yayaraq, Pont Sonde sakinlərini dəstə ilə polis arasındakı toqquşmaya “passivlik” göstərdiyinə görə günahlandırdığını deyib.
Digər dəstə rəsmiləri hücumun ərzaqların bölgədən ölkənin digər bölgələrinə getməsinin qarşısını almaq planının bir hissəsi olduğunu bildiriblər.
Yerli mətbuat yazır ki, minlərlə şəhər sakini atışmaların təkrarlanacağından ehtiyat edərək şəhəri tərk etməyə çalışır. BMT-nin İnsan Haqları İdarəsi cümə günü Pont Sonde quldur hücumundan dəhşətə gəldiyini bildirib və Haitidə beynəlxalq sülhməramlı missiyanı gücləndirməyə çağırıb.
Yeri gəlmişkən, Haitidə quldur dəstələri 2021-ci ilin iyulunda ölkə prezidenti Jovenel Moisenin öldürülməsindən sonra daha da güclənib. O vaxtdan bəri onlar ölkənin əhəmiyyətli bir hissəsinə nəzarət edərək, külli miqdarda soyğunçuluq, qətllər, zorlamalar və fidyə müqabilində sakinləri oğurlayıblar. Qanuni hökumətin və polisin onları nəzarət altına almaq üçün kifayət qədər resursları yoxdur. 2023-cü ilin oktyabrında BMT Təhlükəsizlik Şurası Haitidə bandalarla mübarizə üçün beynəlxalq missiyanın yaradılmasına icazə verib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə