Silahlı dəstənin Haitidə bir qəsəbəyə təşkil etdiyi basqın nəticəsində ən azı 20 nəfərin öldüyü, 50 nəfərin yaralandığı açıqlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Qran Qrif" adlı silahlı dəstə Haitinin paytaxtı Port-au-Prensdən 71 kilometr uzaqlıqdakı Artibonit bölgəsindəki Pont-Sonde qəsəbəsinə basqın edib. Basqın zamanı aralarında uşaqların da olduğu azı 20 nəfər ölüb, 50 nəfər yaralanıb, qəsəbədəki insanlar basqın səbəbindən evlərini tərk ediblər.
Hökumətin verdiyi açıqlamada silahlı dəstə basqını "qırğın" kimi qiymətləndirilib və ölkənin ən zorakı dəstələrindən biri hesab edilən "Qran Qrif" dəstəsinin üzvləri Port yaxınlığındakı polis bölməsinə basqın etməkdə günahlandırılıb. 100 üzvü olduğu deyilən dəstə 700 min adama xidmət göstərən xəstəxananın bağlanmasına səbəb olmaqda da günahlandırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə