İsrail Livana hücumlarını davam etdirir

İsrail Livanın paytaxtı Beyruta hücumlarını davam etdirir. Livanın müxtəlif bölgələrində son 24 saatda həyata keçirilən hücumlarda çoxlu sayda ölən və yaralanan var. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusunun son 24 saat ərzində Livanda həyata keçirdiyi hücumlarda 37 nəfərin öldüyü, 151 nəfərin yaralandığı bildirilib.

Livan Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Livanın müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda ölənlərlə bağlı məlumat verilib. Açıqlamada İsrailin son 24 saatda Livana təşkil etdiyi hücumlarda 37 nəfərin öldüyü, 151 nəfərin yaralandığı bildirilib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 8-dən Hizbullahla nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-dən etibarən Livanın paytaxtı Beyrut və cənubu ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava hücumu həyata keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə