Tayvanı vuran “Kraton” qasırğasının fəsadları nəticəsində 500-ə yaxın insan yaralanıb. SİA xarici mediaya istinadən xəbər verir ki, bu barədə adanın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə fövqəladə qərargahı bildirib.
Qeyd olunur ki, yaralıların əksəriyyəti – 321 nəfər – liman şəhəri Qaosyunqda qeydə alınıb, “Kraton” quruya keçərkən məhz onun sahillərini vurub. Zərərçəkənlərin sayına görə ikinci və üçüncü yerlərdə Pinqdun (44) və Taydun (24) bölgələridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB