Böyük Britaniyanın Baş naziri Kir Starmer ona verilən dəyəri 6 min funt sterlinqdən çox olan hədiyyələrin pulunu geri ödəyib. SİA xəbər verir ki, bu addım onun və digər kabinet nazirlərinin zəngin donorlar tərəfindən verilən pulsuz hədiyyələri qəbul etdiklərinə görə tənqidlərə məruz qalmalarından sonra atılıb. Baş nazir müğənni Teylor Sviftin konsertinə altı bilet, dörd at yarışına bilet və həyat yoldaşı Viktoriya Starmerin geyim kirayəsi üçün ödənilən məbləğin geri qaytarıldığını bildirib. O, hökumətinin ianələrlə bağlı yeni prinsiplər təqdim edəcəyini və şəffaflığın artırılacağını vəd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB