İranın ABŞ-a hansı xəbərdarlığı etdiyi məlum olub

İran, İsrailin hərbi obyektlərinə genişmiqyaslı hücumundan sonra Qətər vasitəsilə Vaşinqtona mesaj göndərib. Əl-Cəzirə mənbəyə istinadən yazır ki, ölkənin səlahiyyətliləri Birləşmiş Ştatlara böyük müharibəyə başlamaq istəmədiklərini, lakin artıq “birtərəfli təmkin” göstərməyəcəklərini bildiriblər.

Bir gün əvvəl İran İnqilabı Keşikçiləri Korpusu bəyan etmişdi ki, oktyabrın 1-də həyata keçirilən raket hücumu Livan şiə qruplaşmasının lideri Həsən Nəsrullah və İran İnqilabı Keşikçiləri Korpusunun briqada generalı Abbas Nilforuşanın İsrailin hərəkatın şəhərətrafı qəsəbələrdəki qərargahına hücumu zamanı öldürülməsinə cavabdır.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, telekanalın həmsöhbətinin sözlərinə görə, Tehran İsrailin infrastrukturuna təsir edə biləcək istənilən İsrail hücumuna “fövqəladə” cavab verəcəyini vəd edib.

Bundan əvvəl Qərb mediasında İsrail Müdafiə Qüvvələrinin İranın iri raket hücumuna cavab olaraq yaxın günlərdə İran ərazisindəki neft hasilatı obyektlərinə “əhəmiyyətli zərbə” vurmaq niyyəti ilə bağlı nəşrlər dərc edilmişdi.

Yeri gəlmişkən, Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə bağlı məlumatlar oktyabrın 1-i və 3-də neftin qiymətinin xeyli artmasına səbəb olub. Ümumilikdə Brent markalı neftin bir barelinin qiyməti 77 dollara qalxıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə