Nobel Sülh Mükafatına 286 namizəd irəli sürülüb

…2024-cü il Nobel Sülh Mükafatına Papa Fransisk də daxil olmaqla 286 namizəd irəli sürülüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters xəbər verir.

Bukmeker kontorlarının favoritlərindən biri fevralda Yamalo-Nenets Muxtar Dairəsindəki koloniyada dünyasını dəyişən rusiyalı müxalifətçi Aleksey Navalnı idi.

Navalnı ilə birlikdə siyahıda Ukrayna prezidenti Vladimir Zelenski də var.

Reuters qeyd edir ki, Navalnıya mükafat verilə bilməz, çünki Nobel Sülh Mükafatı ölümündən sonra verilmir.

Zelenski böyük ehtimalla qalib gəlməyəcək, çünki o, müharibə şəraitində olan ölkəyə rəhbərlik edir. Bu ilin favoritləri arasında BMT-nin Fələstin Qaçqınlar Agentliyi, Beynəlxalq Ədalət Məhkəməsi və təşkilatın Baş katibi Antonio Quterreş də var.

BMT-nin Fələstin Qaçqınlar Agentliyinə verilən mükafat, onun bir neçə əməkdaşının keçən il oktyabrın 7-də Fələstinin “Həmas” qruplaşmasının İsrailin cənubuna hücumunda əli ola biləcəyinə dair xəbərlərə görə mübahisəli olacaq. Çünki o, ABŞ və Avropa İttifaqında terrorçu kimi tanınır.

Norveç Nobel Komitəsi bu il heç kimə mükafat verməyə bilər.

Qeyd edək ki, mükafat tarixində belə hal 19 dəfə baş verib. Belə kiŞ belə bir hadisə sonuncu dəfə 1972-ci ildə olub. …Builki Nobel laureatlarının elanı oktyabrın 7-dən 14-dək baş tutur. Sülh Mükafatının qalibi oktyabrın 11-də elan olunacaq.

Xatırladaq ki, ötən il mükafatı iranlı hüquq müdafiəçisi Narges Mohammadi alıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə