Polşada spirtli içkilərin satışı qaydaları dəyişdirilib

Polşa hökuməti 18 yaşına çatmamış şəxslərə spirtli içkilərin satışına qadağaları sərtləşdirən və gecələr yanacaqdoldurma məntəqələrində spirtli içkilərin satışını qadağan edən qaydalar tətbiq edir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu Polşanın səhiyyə naziri İzabela Leşçina deyib.

Bu qaydalar sərxoş vəziyyətdə olan insanların iştirakı ilə qəzaların və digər bədbəxt hadisələrin sayının artdığını göstərən məlumatlara cavab olacaq.

Polşada 18 yaşdan kiçik şəxslərə spirtli içkilərin satışı qanunsuzdur. Buna əməl etməyənlər ağır cərimələrə və ya bir aylıq həbsə məruz qala bilər.

İndi satıcıların alıcının yaşını müəyyən etmək üçün sənədlərini yoxlamaq hüququ var, lakin öhdəliyi yoxdur. Yeni qaydalar onları bunu etməyə məcbur edəcək.

...Satıcılar öz rollarını daha diqqətli və məsuliyyətlə yerinə yetirməli olacaqlar.

Bunu Polşa Səhiyyə Nazirliyinin rəhbəri bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə