NATO-nun baş katibi yaralı ukraynalı əsgərlərə baş çəkib

NATO-nun baş katibi Mark Rutte Kiyevə səfəri zamanı xəsarətlərdən sonra reabilitasiyadan keçən ukraynalı hərbçilərə baş çəkib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rutteni müşayiət edən Ukraynanın müdafiə naziri Rustem Umerov Facebook-da yazıb.

Ukraynalı nazirin sözlərinə görə, Rutte NATO ölkələrinin ukraynalı döyüşçülərin müalicəsi və reabilitasiyasını asanlaşdırmağa hazır olduğunu təsdiqləyib.

…NATO-nun baş katibi Mark Rutte ilə birlikdə xəsarət aldıqdan sonra reabilitasiyadan keçən hərbi qulluqçularımıza baş çəkdik. Biz qəhrəmanlarımıza Ukraynanın və bütün Avropanın azadlığı uğrunda mübarizədə göstərdikləri sarsılmaz cəsarətə görə minnətdarlığımızı bildirdik, - deyə Umerov qeyd edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə