Həkimlər və xilasedicilər kütləvi şəkildə işdən çıxıblar

Murmanskda həkimlər və xilasedicilər kütləvi şəkildə işdən çıxıblar. SeverPost xəbər agentliyinin məlumatına görə, Rusiya şəhərində xilasetmə dəstəsi 18 illik xidmətdən sonra yeni rəhbərliklə fikir ayrılığı səbəbindən fəaliyyətini dayandırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, təcili yardım işçiləri onların arxasınca gediblər.

Yerli hüquq müdafiəçisi Violetta Qrudina qeyd edib ki, xilasedicilər yeni tapşırıqların xoşuna gəlməyib, üstəlik, maaşların aşağı olması onları qane etmir.

Təcili yardım işçiləri qrafik dəyişikliyindən narazı qalıb və bu da onları əlavə güzəştlərdən məhrum edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə