Boğazda iki gəmi toqquşub

…Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi İstanbul sahillərində Bosfor boğazında iki yük gəmisinin toqquşması ilə bağlı məlumat yayıb.

SİA xəbər verir ki, bu barədə “Praym” “Milliyet”ə istinadən yazır.

Artıq toqquşan gəmilərə bir neçə yedək gəmisinin göndərildiyi qeyd edilir. Yük daşıyıcılarının İstanbul Axırkapı estakadasına qədər çəkilməsi planlaşdırılır. Nazirlik onu da əlavə edib ki, hadisə nəticəsində xəsarət alan olmasa da, maddi ziyan dəyib.

…Batumidən Səudiyyə Ərəbistanına gedən Toqo bayrağı altında 80 metrlik “Ayed 1” yük daşıyıcısı İspaniyadan Batumiyə gedən Panama bayrağı altında üzən 180 metrlik “BUNUN ACE” yük daşıyıcısı ilə Bosfor boğazında toqquşub. Bu barədə Türkiyə departamenti məlumat yayıb. Bundan əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus tanker Ərəb dənizində naməlum obyektlə toqquşub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə