"İnsanların həyatını xilas etmək üçün düzgün addım..."

Zelenski Ukrayna Silahlı Qüvvələrinin Uqledardan çıxarılması ilə bağlı danışıb

Ukrayna prezidenti Vladimir Zelenski Donetsk vilayətindəki Uqledardan geri çəkilməyi düzgün addım adlandırıb.

SİA “İnterfaks-Ukrayna”-ya istinadən xəbər verir ki, bunu dövlət başçısı NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında deyib.

…Silahlar olmadan, bizə qarşı müvafiq silahlardan istifadə edən və hər şeyi məhv edən Rusiya Federasiyasının qarşısını ala bilmərik. Döyüşçülərimizin mövqelərini məhv edəndə isə onların canlarını qurtarmaq lazımdır. Çünki onlar hər hansı bir binadan daha vacibdir. Çünki bunlar bizim insanlardır, bunlar Ukrayna vətəndaşlarıdır. Ona görə də onların getmələri və özlərini xilas edə bilmələri çox düzgündür, - deyə prezident “Uqledardan geri çəkildiyinizi nəzərə alsaq, Ukrayna Rusiyanın hücumunun qarşısını necə alacaq?” sualına cavabında bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə