Livan Ordusu ilk dəfə İsraili vurdu...

…Cümə axşamı, oktyabrın 3-də Livan ordusu əsgərlərindən birinin İsrailin hücumu nəticəsində öldürülməsindən sonra İrail Müdafiə Qüvvələrinə cavab atəşi açdığını bildirib.

Bu, Livan ordusunun İsrailə qarşı hərbi əməliyyatlarda ilk dəfə iştirak etməsidir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Guardian” xəbər verir.

Livanın Müdafiə Nazirliyi İsrailin Livanla sərhəd Bint Cbeil kəndindəki ordu bazasına hücumundan sonra “cavab atəşi” etdiyini bildirib.

Livan ordusu daha əvvəl İsrailin 30 sentyabrda Livana quru işğalı ərəfəsində qüvvələrini sərhəddən geri çəkdiyinə dair iddiaları təkzib etmişdi.

Livan hökuməti də “Hizbullah” və İsrail arasında döyüşlərə son qoymağa çağırıb və müharibə istəmədiyini bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə