Vladimir Zelenski NATO-nun yeni baş katibi Mark Rutte ilə görüşündən sonra mətbuat konfransında bildirib ki, Kiyevin Qərb müttəfiqləri Ukrayna ərazisi üzərində Rusiya raketləri və PUA-larını vurmağa hələ hazır deyil.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə News.ru yazır.
...Müttəfiqlərin vurmağa hazır olub-olmamasına (Rusiya raketləri – A.B.) gəlincə, biz hamı ilə işləyirik. Biz hələ hazır deyilik, - deyə ukraynalı siyasətçi bildirib.
O, həmçinin Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Qərbin Ukraynanın ehtiyaclarına marağının azaldığını qeyd edib və Kiyevi “unutmamağı” xahiş edib.
Rutte daha əvvəl demişdi ki, NATO-nun baş katibi kimi Ukraynaya artan yardımı təşviq etmək onun üçün prioritetdir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB