Rusiyada "Telegram"ın işində problemlər yaranıb

Rusiyada "Telegram" messencerinin işində nasazlıqlar qeydə alınır. SİA xəbər verir ki, istifadəçilər mesajlar və media faylları üçün uzun yükləmə müddətindən şikayətlənirlər.

Zəng etmək istəyərkən də problemlər yaranır. Messencerin qeyri-sabit işləməsi ilə bağlı ilk şikayətlər Moskva vaxtı ilə saat 13:29-da daxil olmağa başlayıb. Daha çox Moskva, Sankt-Peterburq, Nijni Novqorod, Sverdlovsk və Tver vilayətlərinin sakinləri problemdən yaşayıb. Moskva vaxtı ilə saat 14:45-ə olan məlumata görə, şikayətlərin sayı 28,8 mindir.

Bu, messencerin həftə ərzində ikinci uğursuzluğudur. Eyni hal oktyabrın 1-də də olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə