"Merapi" vulkanı püskürdü - ölkə təşvişə düşdü

İndoneziya əhalinin sıx məskunlaşdığı Yava adasında "Merapi" vulkanının püskürməsindən sonra xəbərdarlıq səviyyəsini 3-ə qaldırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Jakarta Globe"un məlumatına görə, ölkənin ən aktiv vulkanı olan "Merapi" yenidən aktivləşib.

Tez-tez aktiv olan vulkan ətrafdakılar üçün yüksək risk yaratdığı üçün bölgədə həyəcan səviyyəsi 3-ə qaldırılıb. Geoloji Fəlakət Texnologiyaları Araşdırma və İnkişaf Mərkəzinin rəhbəri Agus Budi Santoso deyib: "Lava axını maksimum 1500 metr dərinliyə çata bilər".

Səlahiyyətlilər sakinlərə çay dərələrindən və lava axınının yayıla biləcəyi məhdud ərazilərdən uzaq durmağı tövsiyə edib. "Merapi" vulkanının sonuncu böyük püskürməsi 2010-cu ildə 347 nəfərin ölümünə və 20 min insanın təxliyəsinə səbəb olub. İndoneziyada 130 aktiv vulkan var.

Bütün xəbərlər Facebook səhifəmizdə