Təyyarə uçuş-enmə zolağında qəfil alışıb

İtaliyanın Brindizi şəhərindən Turinə gedən təyyarə uçuş-enmə zolağında taksi sürərkən qəfil alışıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Avropanın ucuz hava yolu şirkəti kimi tanınan İrlandiyada yerləşən "Ryanair"ə məxsus təyyarə İtaliyanın Brindizi şəhərindən Turinə taksi gedərkən yanıb.

İtaliya mətbuatında yer alan xəbərlərə görə, təyyarədə partlayış səsi eşidilib, daha sonra alovlar yaranıb. Uçuş üçün hazır olan təyyarədən sərnişinlər sürətlə təxliyə edilib. “Corriere Della Sera” qəzeti sərnişinlərin təyyarənin ön qapısındakı şişmə slayddan çıxarıldığını və böyük qorxunun olduğunu bildirib. Hadisə ilə əlaqədar "Brindisi-Salento" hava limanı bir müddət bağlanıb. Aeroport rəsmiləri öz internet saytında bəyanat dərc edərək bildiriblər ki, “Aeroporti di Puglia” uçuş-enmə zolağında bir təyyarədə yaranan texniki problemə görə bütün uçuşları dayandırıb.

İtaliya mətbuatının yazdığına görə, problem təyyarə taksi zamanı havaya qalxmaq üçün sürətlənərkən baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə