Məşhur fenomen video çəkərkən öldü

Rusiya fenomeni Arina Qlazunova Tbilisi metrosunun pilləkənlərində video çəkdirərkən yıxılaraq ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı Qluzanovanın video çəkdirmək istəyərkən yıxıldığı öyrənilib.

"TikTok"da yayımladığı videolarla tanınan gənc qadının iki rəfiqəsini lentə alarkən səhv addım ataraq pilləkənlərdən yuvarlandığı öyrənilib. Həmin vaxt lentə alındığı üçün gənc qızın qışqırtısı və yıxılma anı da videoya çəkilib. Qorxunc anın videosu daha sonra Qluzanovanın "TikTok" hesabında yayımlanıb. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları gəlsə də, gənc qadının həyatını itirdiyi anlaşılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə