Livandan Suriyaya 128 mindən çox insan keçib - BMT

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarının müavini Kelli Klements İsrailin hücumu altında olan Livandan Suriyaya 128 mindən çox insanın keçdiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Klements "X"dən İsrailin hücumları altında olan Livandakı vəziyyətlə bağlı bir yazı paylaşıb.

Livanda artan zorakılığın onsuz da çətin vəziyyətdə olan xalqın vəziyyətini daha da pisləşdirdiyini bildirən Klements deyib: "128 mindən çox insan təhlükəsizlik axtarışında Suriyaya keçdi". Klements ehtiyacların hər gün artmağa davam etdiyini də qeyd edib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 8-dən Hizbullahla nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib. Livan hakimiyyətinin məlumatına görə, Hizbullahın istifadə etdiyi rabitə vasitələrinin partladılması nəticəsində sentyabrın 17-dən bu yana 104-ü uşaq və 194-ü qadın olmaqla ümumilikdə 1374 nəfər ölüb. Hizbullah lideri Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Beyruta endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Hizbullah İsrailə raket və raketlərlə cavab verir. Əsasən İsrail tərəfindəki ordu bazalarını hədəf alan bu hücumlarda ciddi dağıntı qeydə alınmayıb.

İsrailin bombardmanları nəticəsində yüz minlərlə insan ölkə daxilində didərgin düşüb. Ölkənin cənub bölgələrindən paytaxt Beyrut və şimala doğru miqrasiya dalğasının davam etdiyi üçün on minlərlə insanın Suriyaya köç etdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə