Ruandada Marburq virusunun ilk halları təsdiqləndikdən sonra dünyanı potensial olaraq epidemiyanın yayılma təhlükəsi gözləyir. SİA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib.

Hazırkı məlumata görə, yoluxmaların əksəriyyəti Ruandanın paytaxtı Kiqalidəki iki səhiyyə müəssisəsinin tibb işçiləri arasında qeydə alınıb.

Ebola virusu ilə eyni ailəyə aid olan Marburq virusu, insanlarda ağır hemorragik qızdırmaya səbəb ola bilər. Hazırda 27-dən çox yoluxma və 9 ölüm hadisəsi qeydə alınıb.

ÜST bu epidemiyanın riskini regional səviyyədə yüksək qiymətləndirir.

Marburq virusu infeksiyası 88% halda ölümlə nəticələnir.

Bütün xəbərlər Facebook səhifəmizdə