“ABŞ və İsrail İranın hücumuna mümkün cavabı müzakirə edirlər”

Tehran ağır nəticələrlə hədələnib...

Bu arada ABŞ prezidenti Cozef Bayden deyib ki, Amerika tərəfi israilli həmkarları ilə İranın kütləvi hücumuna mümkün cavabı müzakirə edir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Baydenin bəyanatını CNN xəbər verir.

Amerika prezidentinin sözlərinə görə, Birləşmiş Ştatlar İranın hücumuna İsrailin cavabının necə ola biləcəyi ilə bağlı İsrail rəsmilərinə birbaşa məsləhət verib.

...Biz israillilərlə nə edəcəklərini müzakirə edəcəyik. Biz bütün bu müddət ərzində Bibinin (İsrailin baş naziri Benyamin Netanyahunun ləqəbi – A.B.) adamları ilə danışmışıq.

Bunu da əlavə kimi səsləndirən Bayden həmçinin qeyd edib ki, Netanyahu ilə “nisbətən tezliklə” telefon danışığı ola bilər.

…Ağ Ev onu da bildirib ki, Tehran çərşənbə axşamı İsrailə qarşı kütləvi raket hücumunun ciddi nəticələri ilə üzləşəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə