Göyərtəsində Braziliya lideri olan təyyarə Mexikoda təcili eniş edib

Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanın təyyarəsi saatlar əvvəl havaya qalxdıqdan sonra Mexikoda məcburi eniş edib. SİA xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb.

Məlumata görə, uçuş zamanı təyyarədə texniki problem müəyyən edilib.

Təyyarə 4 saat 58 dəqiqə ərzində Mexiko ştatı üzərində səmada olub.

Qeyd olunur ki, Braziliya lideri Meksikaya yeni prezident Klaudiya Şeynbaumun andiçmə mərasimində iştirak etmək üçün gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə