İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki hədəfləri vurmaq üçün ən son “Fəttah” hipersəs raketlərindən istifadə edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti İran mətbuatına istinadən xəbər verir.
Qeyd olunur ki, bu raketlər ilk dəfə İran tərəfindən istifadə edilib.
Onların məqsədi İsrailin Hetz raketdən müdafiə sistemini məhv etmək olub.
Mətndə deyilir ki, İİKK ilk dəfə olaraq 2 və 3 “Fattah” hipersonik raketləri ilə Hetz raketdən müdafiə sisteminin radar qalxanını məhv edib.
Əvvəllər bildirilmişdi ki, birinci dalğa zamanı İİKK raketlərinin 80 faizdən çoxu nəzərdə tutulan hədəfləri vurub. Xüsusilə, Aralıq dənizində yerləşən hərbi baza, qaz platformaları, 20-dən çox F-35 təyyarəsi və hava bazası vurulub. Tehran hücumu “Hizbullah”, HƏMAS liderlərinin və Qüds Qüvvələrinin komandirinin ölümlərinə cavab adlandırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə