İslam İnqilabı Keşikçiləri Korpusu İsrail ərazisinə raket hücumu zamanı 20-dən çox İsrail F-35 təyyarəsini vurub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS İran agentliyinə istinadən xəbər verir.
Bu faktla bağlı başqa təfərrüatlar verilmir.
İran mediası daha əvvəl xəbər vermişdi ki, birinci dalğa zamanı İİKK raketlərinin 80 faizdən çoxu nəzərdə tutulan hədəfləri vurub.
Xüsusilə, Aralıq dənizində yerləşən hərbi baza və qaz platformaları vurulub.
Oktyabrın 1-nə keçən gecə İran ən böyük hücumunu həyata keçirərək, İsraildəki hədəflərə yüzlərlə müxtəlif tipli raketlər atıb.
Tehran hücumu “Hizbullah”, HƏMAS liderlərinin və Qüds Qüvvələrinin komandirinin ölümlərinə cavab adlandırıb. İsrailə zərbə endirmək əmrini İranın ali dini lideri Ayətullah Əli Xamenei verib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə