“Bu, müharibə elanıdır və görünməmiş cavab gözlənilir”

İsrail Müdafiə Qüvvələri oktyabrın 1-i axşam saatlarında İranın ballistik raket hücumuna cavab verib.

SİA xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

“Bu, müharibə elanıdır və görünməmiş cavab gözlənilir”, - deyə İsrail Müdafiə Qüvvələri bildirib.

İsrail Müdafiə Nazirliyinin rəsmi açıqlamasına görə, İran ərazisindən İsrailə bir neçə yüz ballistik raket atılıb.

Nəticədə İsrail əhalisi hava hücumu üçün sığınacaqlara təxliyə edilib. Bütün ölkə ərazisində hava hücumu sirenləri səslənib…

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə