İran daxili və beynəlxalq reyslərdə təyyarələrin gəlişini və gedişini müvəqqəti olaraq dayandırır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanının baş direktoru Səid Çələndəri İSNA-ya bildirib.
…Bölgədəki vəziyyəti və raket hücumunu nəzərə alaraq, ölkə daxilində bütün uçuşlar sabah saat 10:00-a qədər ləğv ediləcək", - məlumatda deyilir.
O əlavə edib ki, lazım gələrsə, bütün bilet xərcləri sərnişinlərə ödəniləcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə