Təl-Əvivin cənubundakı Yaffa rayonunda atışma ilə nəticələnən terror aktı baş verib.
İlkin məlumatlara görə, Yaffa avtobus dayanacaqlarından birində naməlum şəxslər yoldan keçənlərə avtomat silahdan atəş açıb.
İddialara görə, terrorçuların hərəkətləri müşahidə kameralarına və şahidlərin görüntülərinə də düşüb.
Ərazidə atışma İsrail polisinin mətbuat xidməti tərəfindən təsdiqlənib. Atışma nəticəsində itkilərin olduğu da təsdiqlənib.
Öz növbəsində, Mash Telegram kanalı terrorçuların hərəkətləri nəticəsində ən azı 11 nəfərin yaralandığını bildirir. Mash-ın sözlərinə görə, onlardan dördünün vəziyyəti son dərəcə ağırdır.
SİA-nın yerli mənbələrdən əldə etdiyi məlumata görə, iki terrorçunun M4 avtomat tüfəngləri ilə silahlandığı deyilir.
“İsrailin Səsi” Teleqram kanalı terrorçuların atışma yerinə tramvayla gəldiklərini yazır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə