Bağdad Beynəlxalq Hava Limanına hücum edilib

İraqın paytaxtı Bağdaddakı Bağdad Beynəlxalq Hava Limanına “Katyuşa” raketləri atılıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə İraqın İNA xəbər agentliyinin təhlükəsizlik mənbəsinə istinadən yaydığı məlumatda bildirib. Raketlərdən birinin Bağdad Beynəlxalq Hava Limanında boş əraziyə, digəri isə həmin ərazidə yerləşən Terrorla Mübarizə Xidmətinin avtomobil dayanacağına düşüb.
Bildirilib ki, hücum zamanı xəsarət alan olmayıb.
Təhlükəsizlik qüvvələri Bağdadın Əmiriyyə rayonunda da bir avtomobildə raket kompleksi aşkar ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə