İran ballistik raketlərlə İsrailə hücum etməyə hazırlaşır..?

…Bu arada ABŞ İranın İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşdığını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Bloomberg yüksək rütbəli amerikalı məmura istinadən yazır. …Birləşmiş Ştatlarda İranın İsrailə qarşı qaçılmaz raket hücumu etməyə hazırlaşdığına dair əlamətlər var.

Bu, materialda deyilir.

Agentliyin mənbəsi əlavə edib ki, hücum İran üçün ciddi nəticələrə səbəb olacaq.

Bundan əvvəl bildirilmişdi ki, İran Livana şiə “Hizbullah” hərəkatına İsraillə döyüşmək üçün qoşun göndərmək niyyətində deyil.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə