İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı 25 kəndin sakinlərini təxliyə etməyə çağırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Livana havadan və qurudan hücumlarını davam etdirir. İsrail Müdafiə Qüvvələrindən verilən açıqlamada onlar Livanın cənubundakı 25 kəndin sakinlərini dərhal evlərini boşaltmağa çağırıblar.
Açıqlamada, "İsrail Müdafiə Qüvvələri sizə zərər vermək istəmir. Öz təhlükəsizliyiniz üçün dərhal evlərinizi boşaltmalısınız. Hizbullahın hərbi ehtiyacları üçün istifadə etdiyi hər evin hədəfə alınması planlaşdırılır".
Açıqlamada, bölgədəki Livan xalqının Əvəli çayının şimalına getməsi lazım olduğu bildirilib: "Cənuba getməyiniz qadağandır. Cənuba getməyiniz həyatınızı təhlükə altına ala bilər". Bölgəyə qayıtmaq üçün təhlükəsizlik təmin edildikdə onlara məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə