Tayvanda gözlənilən “Krathon” qasırğası səbəbindən 112 reys təxirə salınıb. Ölkənin bəzi bölgələrində daşqın və sürüşmə baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, saatda 240 kilometr sürətlə hərəkət edən “Krathon” qasırğasından əvvəl Tayvana xəbərdarlıq edilib.
Tayvanın Mərkəzi Meteorologiya İdarəsi adanın cənub və şərq hissələri üçün xəbərdarlıq edib. Tayvan Müdafiə Nazirliyinin sözçüsü Sun Li-Fanq 38 mindən çox əsgərin evakuasiya və xilasetmə işlərinə kömək etmək üçün adanın müxtəlif yerlərində hazır vəziyyətdə olduğunu bildirib. Nəqliyyat Nazirliyi 88 daxili və 24 beynəlxalq reysin ləğv edildiyini açıqlayıb. Tayvanın cənubu ilə şərqini birləşdirən dəmir yolu xətti də bağlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə