"Con" qasırğası Meksikanı vurdu - 17 nəfər həyatını itirib

Meksikanın Sakit Okeanı ilə həmsərhəd olan bəzi cənub ştatlarına təsir edən "Con" qasırğasında 17 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Bu barədə Meksika prezidenti Andres Manuel Lopez Obrador sosial media platformasında açıqlama verib

Oaxaca əyalət rəsmiləri də əyalətdə 2 nəfərin həyatını itirdiyini açıqlayıb. Səlahiyyətlilər, əyalətdə bir ildə normal olaraq gözlənilən yağış səviyyəsinin təxminən yüzdə 80-nin 23-27 sentyabr tarixləri arasında düşdüyünü bildirib. Digər tərəfdən, Meksika ordusu qasırğadan zərər çəkmiş bölgələrə yardım ləvazimatlarını çatdırmağa başlayıb.

Qeyd edək ki, "Otis" qasırğası 2023-cü ildə Meksikanı vurub. Təxminən 900 min insanı təsir edən qasırğada 50-dən çox insan həyatını itirib və böyük dağıntılar baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə