İranda çay daşdı - 15 nəfər həyatını itirib

İranın Kirman əyalətinin Ciroft rayonunda leysan yağışların səbəb olduğu sel nəticəsində əksəriyyəti Əfqanıstan vətəndaşı olan 15 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Kirman vilayətinin Qızıl Aypara sədri Rza Fellah dünən baş verən sel fəlakəti ilə bağlı məlumat verib.

Dünən şiddətli yağışlar səbəbi ilə Ciroft rayonunda bir çayın daşdığını bildirən Fellah, çayda olan insanların xilas edilməsi üçün işlərə başlanıldığını qeyd edib: "13 saatdan çox davam edən axtarış-xilasetmə işləri nəticəsində cansız cəsədlər çıxıb. Onlardan 15-i İran, 14-ü isə xarici ölkə vətəndaşıdır”.

Fellah qeyd edib ki, axtarış-xilasetmə işləri nəticəsində 2 nəfər xilas edilib. Ciroft Rayon Qubernatoru Əhməd Bolendnazar çayda həyatını itirən insanların ailəlikcə yaxınlıqdakı bağda işlədiklərini və yuyunmaq üçün çaya getdiklərini və leysan yağışlar nəticəsində çayın daşması nəticəsində su altında qaldıqlarını bildirib. Bolendnazar, həyatını itirənlərdən biri istisna olmaqla, hamısının Əfqanıstan vətəndaşı olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə