ABŞ müdafiə naziri Stoltenberqə belə vida etdi

ABŞ-ın müdafiə naziri Lloyd Austin bu gün NATO baş katibi vəzifəsini təhvil verəcək Yens Stontenberqlə bağlı mesajında ​​"Ona liderliyi və dostluğuna görə təşəkkür edir və səlahiyyət müddəti başa çatanda ona uğurlar arzulayıram" fikrini səsləndirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hollandiyanın keçmiş baş naziri Mark Rutte bu gün NATO-nun baş katibi vəzifəsini Yens Stoltenberqdən alıb.

Rutte iyunun sonunda NATO-ya üzv 32 ölkənin səfirləri tərəfindən rəsmi olaraq təyin edildikdən sonra verdiyi açıqlamada "İttifaq ümumi təhlükəsizliyimizin təməl daşıdır və belə də qalacaq" deyib.

ABŞ-ın müdafiə naziri Austin Lloyd vəzifəsini başa vuran baş katib Yens Stontenberqlə bağlı verdiyi vida mesajında ​​bildirib: “Bu gün mənim yaxşı dostum Yens Stoltenberqin NATO-dakı son günüdür. Onun tərəfdaşlığı Ukrayna Müdafiə Əlaqə Qrupunun uğurunun və Alyansın yaxın tarixdə qlobal təhlükəsizliyə ən böyük təhdidlərdən birinə cavab verməsinin açarı olub. Ona liderliyinə və dostluğuna görə təşəkkür edirəm və səlahiyyət müddəti başa çatdıqda ona uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə