İsrail Dəməşqi vurdu - 3 mülki şəxs öldü

İsrail Suriyanın paytaxtı Dəməşqə hava zərbəsi endirib. Hücum nəticəsində 3 mülki şəxs həyatını itirib, 9 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Suriya rəsmi xəbər agentliyinin verdiyi açıqlamada İsrailin yerli vaxtla saat 02.05 radələrində Colan təpələrindən paytaxt Dəməşqin müxtəlif nöqtələrinə hava hücumları təşkil etdiyi bildirilib.

Döyüş təyyarələri və PUA-ların həyata keçirdiyi hücumda 3 mülki vətəndaşın həyatını itirdiyi, 9 nəfərin yaralandığı, maddi ziyanın olduğu bildirilib. Hava hücumundan müdafiə qüvvələrinin İsrailə cavab verdiyi və pilotsuz uçuş aparatlarının əksəriyyətinin vurulduğu qeyd edilib. Rəsmi xəbər agentliyinin verdiyi açıqlamada dövlət televiziyasının aparıcısı Səfaa Əhmədin İran səfirliyi yaxınlığında avtomobilində olarkən hücuma məruz qalaraq öldürüldüyü bildirilib. Əhmədin maşınının eyni hücumlarda hədəf olub-olmadığı məlum deyil. İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriya ərazisində İranın dəstəklədiyi qüvvələrə və Suriya ordusunun mövqelərinə hava zərbələri endirir.

Bütün xəbərlər Facebook səhifəmizdə