Şimali Koreya İsrailin Livana hücumlarını pisləyir

İsrailin Livana hücumlarını pisləyən növbəti bəyanat Şimali Koreyadan gəlib. Şimali Koreya Təl-Əvivin hərəkətini “amansız müharibə cinayəti və əxlaqsızlıq” adlandırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü tərəfindən verilən açıqlamada “İsrailin özünümüdafiə və təhlükəsizlik hüququndan danışaraq qırğınlara, terrora və sui-qəsdlərə əl atdığı” qeyd edilib.

Bəyantada həmçinin bildirilib: “İsrailin vəhşiliyi və həyasızlığı beynəlxalq ictimaiyyətdə böyük nifrət və qəzəb doğurur. İsrailin Livana qarşı hərbi hücumu və terror aktları və çoxlu mülki vətəndaşı heç bir fərq qoymadan qətlə yetirməsi amansız müharibə cinayəti və əxlaqsızlıqdır”.

İsrailin Fələstindən sonra Livan da daxil olmaqla ərəb xalqlarının müstəqilliyinə istinad etdiyi xatırladılan bəyanatda deyilib: “İsrail və ona rəhbərlik edən ABŞ, xərçəngə bənzər regional sülh və sabitlik quruluşlarıdır və ərəb xalqlarının ortaq düşmənidir. Yaxın Şərqdə daimi sülhün bərqərar olması üçün Fələstin xalqının müstəqil dövlət qurmaq hüququ təmin edilməli və İsrailin ərəb ölkələrinə qarşı düşmənçilik hərəkətlərinə son qoyulmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə