Hizbullah İsrailin 3 bölgəsinə hücum edib

Hizbullah Hərəkatı İsrailin şimalındakı Ştula, Metula və Avivim bölgələrinə hücumlar təşkil etdiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamalarda İsrailin şimalındakı bölgələrə artilleriya və raket hücumları ilə bağlı məlumat verilib.

Hücumların "Qəzza zolağında qətiyyətli Fələstin müqavimətini dəstəkləmək və Livan xalqını müdafiə etmək" məqsədilə həyata keçirildiyini bildirən Hizbullah, İsrailin şimalındakı bölgələrin vurulduğunu bildirib. Hizbullah Ştula qeyri-qanuni yaşayış məntəqəsinin qapısında gözləyən İsrail əsgərlərinin artilleriya atəşi ilə "birbaşa zərbə" ilə vurulduğunu, Metulada hərəkətdə olan İsrail əsgərlərinin isə raketlə hədəf alındığını qeyd edib.

Yuxarı Qaliley bölgəsindəki Avivim bölgəsinin də artilleriya atəşinə tutulduğu bildirilib. İsrail ordusu 98-ci diviziya qüvvələrinin komando və paraşüt bölmələri, eləcə də 7-ci briqada zirehli bölməsinin “Livanı hədəf alan fəaliyyətə başladığını” açıqlayıb. Bəyanatda Livana qarşı quru əməliyyatı öncəsi hazırlıqlar çərçivəsində təlim təşkil edildiyi barədə məlumatlar yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə