İsrail Suriyanı vurdu - məşhur teleaparıcı öldü

Suriya Dövlət Televiziyasının aparıcısı Səfa Əhməd İsrailin Mezze bölgəsində İran səfirliyini hədəf alan hücumunda həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Suriya mediası İsrailin gecə saatlarında paytaxt Dəməşqə hava zərbələri endirdiyini yazıb.

Rejimin xəbər agentliyi SANA yerli vaxtla saat 02.51-də “Havadan müdafiə sistemlərimiz bu gecə üçüncü dəfə düşmən hədəflərinə qarşı çıxır” xəbərini verib. Rejim mediası həmçinin Suriya Dövlət Televiziyasında çalışan aparıcı Səfa Əhmədin hücumda öldüyünü açıqlayıb. Dəməşq FM-də yayımlanan xəbərdə Mezzedə baş verən hücum nəticəsində yanğının baş verdiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə