Macarıstanın böyük şəhərlərində havanın çirklənmə səviyyəsi təhlükəli həddədir

Macarıstanın şəhər və qəsəbələrində havanın keyfiyyəti ilə bağlı son araşdırmalar acınacaqlı nəticələr ortaya çıxarıb. SİA xəbər verir ki, Avropa Ətraf Mühit Agentliyinin (EEA) dərc etdiyi reytinqdə çirklənmənin yüksək səviyyəsi qeydə alınıb. Paytaxt Budapeştdə havanın çirklənməsi yüksək səviyyədədir (PM2,5).

EEA-nın son hesabatına görə, Budapeşt havanın çirkliliyinə görə Avropanın 372 şəhəri arasında 242-ci yerdədir. Macarıstanın digər şəhərləri də pis nəticələr göstərib: Peç 246-cı, Vesprem 254-cü, Seqed 274-cü, Dyor 295-ci yeri tutub.

Reytinq havada PM2,5 hissəciklərinin konsentrasiyasına əsaslanır ki, bu da insan sağlamlığına uzunmüddətli təsir göstərir. Diametri 2,5 mikrona qədər ola bilən bu kiçik hissəciklər ən təhlükəli hesab olunur. Onlar ağciyərlərə dərindən nüfuz edə və hətta qana daxil olaraq tənəffüs və ürək-damar xəstəlikləri kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Çirkləndirilmiş havanın davamlı təsiri zamanla xroniki xəstəlik və erkən ölüm riskini artırır.

2021-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) havanın keyfiyyətinə dair tələbləri yenidən nəzərdən keçirib və onları sərtləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə