İsraildən Beyrutun cənubundakı sakinlərə ÇAĞIRIŞ

İsrail ordusu Beyrutun cənub kənarındakı Haret-Horeyk və Əl-Leylaki məhəllələrinin sakinlərini yaxın saatlarda hava hücumlarına məruz qalacaq bir neçə binanı tərk etməyə çağırıb. SİA xəbər verir ki, bu barədə "Al Jadeed" televiziya kanalı məlumat yayıb. Məlumata əsasən, xəbərdarlıq Burj əl-Bərəcnə qaçqın düşərgəsinin sakinlərinə də göndərilib.

Gözlənilən hava hücumu ilə bağlı məlumatı "X" sosial şəbəkəsində İsrail ordusunun ərəb dilli nümayəndəsi Avixai Edri yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə