“Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr vurmağa icazə verməlidir”

Avropa İttifaqı diplomatiyasının rəhbəri deyib ki, Kiyev “yalnız oxları deyil, oxatanları” da vurmalıdır...

…Qərb ölkələri Ukrayna hərbçilərinə ötürülən silahlarla Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verməlidir. Amma hələlik bu məsələdə razılıq əldə olunmayıb.

SİA xəbər verir ki, bu barədə RBC-Ukrayna Avropa İttifaqının diplomatiya rəhbəri Xosep Borrelin BMT Baş Assambleyasında iştirakının yekunlarına dair bəyanatına istinadən məlumat yayıb.

…Mən Ukraynaya Qərb silahları ilə hava limanlarına və Rusiya ərazisindəki obyektlərə hücum etməyə icazə verməyə çağırışımı təkrarladım. Qoy Ukrayna təkcə oxları deyil, oxatanları vursun! Amma hələ ki, hamı bu tədbirlə razılaşmırş

Bunu Borrell bildirib.

O xatırladıb ki, Qərb ölkələri Ukraynanı onlara lazım olan hər şeylə və nə qədər lazımdırsa, dəstəkləyəcəklərinə söz veriblər. Eyni zamanda, Borrell bu qışda “enerji cəbhəsi”nin həlledici olacağına da diqqət çəkib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə