İsrail ordusunun Qəzzaya hücumlarının 360-cı günündə həlak olanların sayı

İsrail ordusunun Qəzza zolağına 2023-cü ilin 7 oktyabrdan etibarən etdiyi hücumlar nəticəsində həlak olanların sayı 41.615-ə yüksəlib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Qəzzadaki Səhiyyə Nazirliyindən verilən məlumatda İsrailin 360 gündür davam edən hücumlarına dair məlumat paylaşılıb.

Son 24 saatda Qəzza zolağının müxtəlif bölgələrinə edilən hücumlarda daha 20 fələstinlinin həyatını itirdiyi, 108-nin isə yaralandığı bildirilib.

İsrailin bu zaman ərzində etdiyi hücumlarda yaralıların sayının isə 96.359-a çıxdığı qeyd edilib.

Açıqlamada hələ də dağıntı altında və yol kənarlarında ölülərin olduğu, lakin İsrail qüvvələrinin maneələri səbəbindən tibbi yardım komandaları ilə mülki müdafiə işçilərinin meyitlərə müdaxilə edə bilmədiyi deyilib.

Bütün xəbərlər Facebook səhifəmizdə