ABŞ Gürcüstan üçün “Ukrayna ssenarisi” hazırlayır

…Gürcüstan hakimiyyəti amerikalıların yerli müxalifəti dəstəkləməyə davam edəcəyi təqdirdə ABŞ-la ikitərəfli münasibətlərə yenidən baxılmasının mümkünlüyünü açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, hakim partiya hesab edir ki, Qərb ölkədə dövlət çevrilişi etmək istəyir?

Qeyd edək ki, Baş nazir İrakli Kobaxidze Cozef Baydenin BMT Baş Assambleyasının 79-cu sessiyası şərəfinə təşkil etdiyi ziyafətdə iştirak edə bilməyib. O, dəvəti tədbirə cəmi üç gün qalmış alsa da, son anda ləğv edilib.

Bundan əlavə, ABŞ Tbilisidən gələn nümayəndə heyəti ilə hər hansı görüşdən imtina edib. ABŞ-ın Gürcüstandakı səfirliyi bunu “antidemokratik” siyasətə və Vaşinqtonun hərəkətləri ilə bağlı dezinformasiyaya qarşı mövqeyi ilə izah edib.

Üç gün əvvəl dəvət göndərdilər, sonra ləğv etdilər. Bu, müxalifətin xeyrinə bir növ humanitar hərəkət idi, baxmayaraq ki, bunun praktiki təsiri yoxdur.

Bunu Kobaxidze qeyd edib.

Baş nazir əlavə edib ki, əgər Vaşinqton Gürcüstan rəhbərliyinə münasibətdə mövqeyini dəyişməsə, o zaman onlar mövcud vəziyyətə yenidən baxmalı olacaqlar.

İddialara görə, münaqişə başlayandan ABŞ-Gürcüstan münasibətləri pisləşib və bu proses xüsusilə son aylarda sürətli xarakter alıb. Vaşinqton mübahisəli xarici agentlər qanununa görə "demokratiyaya zərbə vurmaq" ittihamı ilə 64 nəfərə maliyyə və viza sanksiyaları tətbiq edib. On gün əvvəl Kobaxidze Amerika səfiri Robin Dunniqana narahatlığını ifadə edərək, “ABŞ-ın kritik həddə çatdığı” barədə xəbərdarlıq edib. Cavab olaraq Ağ Ev-in gürcü xalqını dəstəkləməkdə davam edəcəyini, onun hökumətinin isə ölkəni təcrid vəziyyətinə saldığını eşidib..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə