“Helene” qasırğası nəticəsində ölənlərin sayı 102 nəfərə çatıb

ABŞ-nin cənub–şərqində, Atlantik okeanı sahillərində hökm sürən “Helene” qasırğası nəticəsində ölənlərin sayı 102 nəfərə çatıb.

SİA xəbər verir ki, ölüm halları ABŞ-nin Cənubi Karolina, Corciya, Florida, Şimali Karolina, Virciniya və Tennesse ştatlarında qeydə alınıb. Yüzlərlə insanın taleyi barədə məlumat yoxdur. Səlahiyyətli şəxslər ölüm sayının artacağını istisna etmirlər. Yollar bağlıdır. İki milyon insan elektrik enerjisiz qalıb.

Bu həftənin sonunda Karib dənizində və ya Meksika Körfəzində yeni fırtınanın yarancağı ehtimal edilir.

Ağ evin yaydığı məlumata əsasən, həftə sonu ABŞ Prezidenti Co Baydenin qasırğadan xəsarət almış bir sıra bölgələrə səfəri nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə