Elektrik sektorunda kömürü dövriyyəsindən çıxaran ilk G7 ölkəsi

142 ildir kömür yandıraraq enerji istehsal edən İngiltərə bu gün son kömür stansiyasını bağlayaraq tamamilə təmiz enerji istehsalına keçir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Nottinqamşayr bölgəsində yerləşən və “Uniper” tərəfindən idarə olunan “Ratcliffe-on-Soar” (Ratklif-on-soar) kömür elektrik stansiyasında istehsal 30 sentyabrda dayandırıldı.

Beləliklə, 57 ildir elektrik istehsal edilən stansiya bağlanır və İngiltərənin 142 illik kömürdən elektrik istehsal dövrü də sona çatır. Onlar bu addımla elektrik sektorunda kömürü öz dövriyyəsindən çıxaran ilk G7 ölkəsi olur.

“Uniper”in idarə etdiyi stansiyada təxminən 100 əməkdaş 2 il ərzində stansiyanın fəaliyyətinin dayandırılması prosesində iştirak edib. Şirkət digər işçiləri başqa stansiyalarda işlə təmin etməyi və ya enerji sektorunun fərqli sahələrində iş tapmaları üçün onlara təlim verməyi planlaşdırır.

London mərkəzli beynəlxalq düşüncə mərkəzi “Ember"in analizinə görə, İngiltərənin elektrik istehsalında 1882-dən bəri istifadə olunan kömür sənayesinin payı 2012-ci ildə 39 %-ə, 2019-cu ildə isə 2%-ə düşüb.

Hazırda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) ölkələrin üçdə birinin elektrik istehsalında kömür yer almır. Bu ölkələr arasında kömürü heç istifadə etməmiş Kosta Rika, Estoniya və Litva ilə birgə kömür stansiyalarını bağlayan İsveçrə, Lüksemburq, Litvaniya, Belçika, İsveç, Avstriya, Portuqaliya, Norveç və Slovakiya da var.

Bütün xəbərlər Facebook səhifəmizdə