Putin Rusiya Təhlükəsizlik Şurasının tərkibini dəyişib

…Rusiya prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dövlət başçısının imzaladığı sərəncam hüquqi məlumatların dərci üçün rəsmi portalda yerləşdirilib.

Sənədə əsasən, sentyabrın 25-də Federasiya Şurasının birinci vitse-spikeri təyin olunan Vladimir Yakuşev Təhlükəsizlik Şurasının üzvlüyündən xaric edilib.

Eyni fərmanla Putin Rusiya Təhlükəsizlik Şurasının tərkibinə köməkçisi Aleksey Dyumini, Federal Tibbi-Bioloji Agentliyin rəhbəri Veronika Skvortsovanı, həmçinin ölkə baş nazirinin birinci müavini Denis Manturovu daxil edib. Qeyd edək ki, əvvəllər prezident köməkçisi Nikolay Patruşevin rəhbərlik etdiyi Rusiya Dəniz Kollegiyasını yaradıb. Bu tədbirin milli dəniz siyasətinin səmərəliliyinə töhfə verəcəyi gözlənilir...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə