Prezident rusdilli məktəblinin döyülməsindən sonra açıqlama verib

Rusiyadakı özbəklər rus dilini bilməlidir, Özbəkistandakı ruslar özbək dilini yox..?

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev təhsili bütün sahələrdən ən aktualı, müəllim peşəsini isə bütün peşələr arasında ən nəcib olanı adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini Respublika Xarici İşlər Nazirliyinin “Dünyo” Telegram kanalı yayıb. Prezident Müəllimlər və Mentorlar Günü şərəfinə keçirilən mərasimdə iştirak edib, təhsil işçilərinə mükafatlar təqdim edib.

Daha əvvəl məlum olmuşdu ki, Özbəkistandakı məktəblərdən biri rusdilli şagirdlərə qarşı davamlı zorakılıq halları ilə bağlı xəbərləri yoxlayacaq.

Respublikanın uşaq ombudsmanı yeddinci sinif şagirdlərinin özbək dilini bilməyən məktəbliləri tez-tez döydüyü təhsil müəssisəsini araşdırmağa söz verib.

Əvvəllər Özbəkistanda müəllim rus dili dərsinin rus dilində keçirilməsi tələbinə görə 6-cı sinif şagirdini döyüb. Uşağın ciddi xəsarət almadığı, səhhətinin təhlükədə olmadığı bildirilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə