Almaniya prezidenti Frank-Volter Ştaynmayer nasistlərin İtaliyanın Marzabotto qəsəbəsində 1944-cü ildə 770 nəfəri qətlə yetirməsi səbəbilə üzr istəyib. O, ölkəsinə 26-29 sentyabr tarixlərində rəsmi səfər edən İtaliya prezidenti Sercio Mattarella ilə birlikdə İtaliya dövlətinə məxsus xüsusi təyyarə ilə Bolonya şəhərinə gələrək burada Marzabotto qətliamının 80 illiyi münasibətilə təşkil olunan tədbirdə iştirak edib.
Hər iki prezident Marzabottonun Monte Sole ərazisində qətlə yetirilənlərin xatirəsinə ucaldılan abidənin önünə əklil qoyub. Ştaynmayer mərasimdəki çıxışında isə belə deyib: "Burada sözlər qane etmir. 80 il əvvəl Monte Soleda baş verənləri ifadə etmək üçün bunlar kifayət deyil. Nə qədər zülm, nə qədər ağrı. Burada həyatları məhv olan o qədər çox insan var ki..."
SİA-nın əldə etdiyi məlumata görə, Prezident buradaki danışığının 80 il əvvəl həyatını itirənlərin yaxınlarının almanlarla barışmasının sayəsində mümkün olduğunu vurğulayaraq "Almaniya prezidenti olaraq yalnızca ağrı və utanc hissi keçirirəm. Həlak olanların qarşısında baş əyirəm. Bu gün ölkəm adına sizdən üzr istəyirəm" deyib.
Mattarella da qətliamın ildönümündə onunla birlikdə anım mərasiminə gələn alman həmkarına təşəkkürünü bildirib. İtaliya prezidenti öz çıxışında isə belə deyib: "Vəhşicəsinə qətlə yetirilən bu qədər insanın qarşısında hamımız birgə baş əymək və insanlıqdan uzaq faşist vəhşiliyinin bu torpaqlarda, bu cəmiyyətlərdə açdığı yaraları ən güclü həmrəylik duyğuları ilə doldurmaq üçün buradayıq. Xatırlamaq üçün buradayıq, çünki yaddaş məsuliyyət tələb edir."
O vurğulayıb ki, İtaliya, Almaniya və Avropa azadlığı, sülhü, demokratiyanı, hüquqları və cəmiyyəti yeni bir sabitlik yaratmaqla həmin cəhənnəmdən çıxarmağı bacarıb.
Marzabottoda baş verənlər İkinci Dünya Müharibəsinin (1939-1945) son illərində nasistlərin işğal etdiyi İtaliyada törətdiyi ən böyük qətliamlardan biri kimi tanınır.
İtaliyanın Bolonya şəhəri yaxınlığındakı Marzabotto qəsəbəsində 29 sentyabr-5 oktyabr 1944-cü il tarixlərində nasist taburları qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla 770 dinc sakini qətlə yetirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
YAP İdarə Heyətinin iclası keçirilib
Siyasət 21:14Bakıda 171 nömrəli marşrut fəaliyyətini dayandırır
Sosial 20:45Keyt Bekinseyl masaj terapevtini zorakılıqda ittiham edib
Şou-Biznes 20:15Bakı İqlim Fəaliyyəti Həftəsi başlayıb - YENİLƏNİB
Sosial 19:33İcma: Prezidentin tarixi çıxışı qayıdışımızın carçısıdır
Siyasət 18:44Kosmik hava proqnozu açıqlanıb
Təhsil 18:38Qazaxıstanda 420-dan çox uzunömürlü insan var
Maraqlı 18:22Frank-Volter Ştaynmayer İtaliyadan üzr istədi
Dünya 17:48İnkişaf, tərəqqi, intibah yolu...
Siyasət 17:16Avropa İttifaqından növbəti DİLETANTLIQ – TƏHLİL
Siyasət 17:11Putin Polad Bülbüloğlunu təltif etdi
Siyasət 17:06“Instagram”da dələduzluq edən şəxs saxlanıldı
Hadisə 17:04Tünzalə Ağayevaya görə izdiham yarandı - FOTOLAR
Şou-Biznes 17:00Sahib Ələkbərov Qusarda vətəndaşları qəbul edib - FOTOLAR
İqtisadiyyat 16:56Görkəmli bəstəkar Firəngiz Əlizadənin səfər təəssüratları
Mədəniyyət 16:56Kamran Əliyev yəmənli həmkarı ilə görüşüb - FOTO
Siyasət 16:48“Kiçik şahmat taxtası” - RAKURS
Siyasət 16:46Haqq sözə gərəkdir düz qiymət olsun - Musa Urud
Mədəniyyət 16:44Bakıda KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimi keçirilir
İqtisadiyyat 15:59BƏƏ-dən Livana 100 milyon dollar təcili yardım
Dünya 15:52AMB sığortaçı seçir
İqtisadiyyat 15:48AMADA vebinar keçirib
İdman 15:25Gəncədə Azərbaycanın milli parklarının tanıtımı olub
Sosial 15:24Oktyabr ayının hava proqnozu açıqlanıb
Sosial 15:22Monika Belluççi 60 yaşını qeyd edir - FOTOLAR
Şou-Biznes 15:22Mişustin İranda səfərdədir
Dünya 15:18Qəzzada ölənlərin sayı 41 min 615-ə yüksəlib
Dünya 14:50Prezident onları təltif etdi - SİYAHI
Siyasət 14:29Kreml Nəsrullahın öldürülməsini pisləyir
Dünya 14:28İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Siyasət 14:26Proqrama namizədlərin seçimi başa çatıb
Təhsil 14:21"Heç kim mənim dəfnimə gəlməsin" - Bülent Ersoy
Şou-Biznes 14:19Kapital Bank-da depozit yerləşdir, 50 000 AZN qazanmaq şansı əldə et
İqtisadiyyat 14:03Özəl xəbərlər
Digər xəbərlərAvropa İttifaqından növbəti DİLETANTLIQ – TƏHLİL
Siyasət 17:11Haqq sözə gərəkdir düz qiymət olsun - Musa Urud
Mədəniyyət 16:44Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 +100,00%
- EUR 1,8976 +100,00%
- GBP 2,2760 +100,00%
- RUB 0,0182 +100,00%