Kreml Nəsrullahın öldürülməsini pisləyir

Hizbullah lideri Həsən Nəsrullah Beyrutda İsrailin hava hücumu nəticəsində öldürülüb. Nəsrullahın qətli ilə bağlı Kremldən açıqlama verilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında deyib: "Rusiya Hizbullah lideri Həsən Nəsrullahın İsrailin hava hücumunda öldürülməsini pisləyir".

Peskov həmçinin əlavə edib ki, Livanda yaşayış məntəqələrinin bombalanması Qəzzada olduğu kimi humanitar fəlakətə səbəb olacaq.

Nəsrullahın öldürülməsinin bölgədə ciddi qeyri-sabitliyə səbəb olacağını qeyd edən Peskov fikirlərinə əlavə edib: "Livanda yaşayış məntəqələrinin bombalanması böyük itkilərə səbəb olub".

Bütün xəbərlər Facebook səhifəmizdə