Biz Livanın yanındayıq - Səudiyyə Ərəbistanı XİN

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Livandakı hadisələrlə bağlı açıqlama verib. Açıqlamada Səudiyyə Ərəbistanının Livanın yanında olduğu bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki,

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Livandakı hadisələrlə bağlı verdiyi açıqlamada deyib: “Səudiyyə Ərəbistanı Livan Respublikasında baş verənləri böyük narahatlıqla izləyir. Krallıq Livanın suverenliyi və ərazi bütövlüyünün qorunmalı olduğunu vurğulayır və Livan xalqı ilə həmrəy olduğunu bildirir. Krallıq beynəlxalq ictimaiyyəti regionu və onun əhalisini müharibələrin təhlükə və faciələrindən qorumaq üçün regional sülh və təhlükəsizliyin qorunmasında məsuliyyəti öz üzərinə götürməyə çağırır. Krallığın Livandakı qardaşlarımıza dəstək münasibətinə əsaslanaraq, bu kritik şəraitdə Livan xalqına dəstək olmaq üçün onlara tibbi yardım və humanitar yardım göstərmək barədə göstəriş verib".

Bütün xəbərlər Facebook səhifəmizdə